Azərbaycanın iki "Su-25" hərbi təyyarəsi Türkiyədəki təlimdə tapşırıqlar icra edib -

Azərbaycanın iki "Su-25" hərbi təyyarəsi Türkiyədəki təlimdə tapşırıqlar icra edib - VİDEO

14 Aprel 2026

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" ""Haber Global"a istinadən xəbər verir ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Polşa və Slovakiya iştirak edir. Təlimdə 529 şəxsi heyət, 21 hava gəmisi fəaliyyət göstərir.

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "Su-25" hərbi təyyarəsi də təlimdə iştirak edir. Bugünki təlim günündə azərbaycanlı pilotlar qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.

Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.