Hikmət Hacıyev Kayrat Sarıbayla görüşüb

Hikmət Hacıyev Kayrat Sarıbayla görüşüb

13 Aprel 2026

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Sarıbayın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

"Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik", - o yazıb.

Sarıbay, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, tərəflər AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə ediblər.

"Güclü gənclər təşəbbüslərinə əsaslanaraq, AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Gənclər gündəliyini necə genişləndirmək, o cümlədən peşə təhsili sahəsində ən yaxşı təcrübələr və könüllülükdə gənclərin rolu barədə fikir mübadiləsi apardıq", - o qeyd edib.