Naxçıvanda dəyişkən hava şəraiti gözlənilir -

Naxçıvanda dəyişkən hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

13 Aprel 2026

Naxçıvan Muxtar Respublikası ərazisində həftə ərzində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Proqnoza əsasən, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəzi bölgələrdə yağıntıların intensivləşəcəyi, həmçinin dolu düşəcəyi istisna edilmir. Aprelin 15-də yağıntıların tədricən kəsiləcəyi, 16-da isə əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı bildirilir.

Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir 15 m/s-dək güclənə bilər.

Havanın temperaturu gecə saatlarında 2-7 dərəcə isti, gündüz isə 13-18 dərəcə isti olacaq.