Ötən il Naxçıvanda doğulan uşaqların sayı açıqlandı
Naxçıvan Muxtar Respublikasında (MR) 2025-ci ildə 3437 uşaq dünyaya gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan uşaqlardan 1765-i oğlan, 1672-si isə qız olub.
Ötən il Naxçıvan MR-də uşaqlara ən çox qoyulan adlar da açıqlanıb. Belə ki, oğlan uşaqları arasında ən çox seçilən ad "Uğur" olub, 62 ailə övladına bu adı verib.
Qız uşaqları arasında isə ən populyar ad "Miray" olub. 2025-ci ildə 69 uşağa bu ad qoyulub.








