Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,6 faiz artıb

13 Aprel 2026

2026-cı ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 55.051 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 4,5 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1.832 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 86,4 faizi elektron, 13,6 faizi kağız daşıyıcısı vasitəsilə qeydiyyata alınıb.