Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin əhatə dairəsi 4 milyard manatı keçib"

Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin əhatə dairəsi 4 milyard manatı keçib"

13 Aprel 2026

Azərbaycanda son 5 ildə keçirilən səmərəlilik auditlərinin əhatə dairəsi 4,1 milyard manatı keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2021–2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditi keçirilib: "Bu auditlərin 4-ü dövlət proqramlarını, 2-si beynəlxalq layihələri, 4-ü strateji planlaşdırma institutunu, 6-sı orta müddətli xərclər çərçivəsi üzrə sektor strateji planlarını, 16-sı isə dayanıqlı inkişaf məqsədlərini əhatə edib. Səmərəlilik auditlərinin 9-u sosial, 8-i aqrar, 4-ü ekoloji, 5-i isə digər sahələr üzrə aparılıb. Auditlərin mövzuları ölkədə qəbul edilmiş strateji sənədlər, o cümlədən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və "Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə uyğunlaşdırılıb".