Bakıda keçirilən konfransda Naxçıvandan olan nümayəndə heyəti də iştirak edir
Hazırda Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransda Naxçıvandan olan nümayəndə heyəti də iştirak edir. Konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir, “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri keçiriləcək.
Konfransın davamı olaraq AQEM Qadınlar Şurası yaradılacaq və ilk iclası keçiriləcək.








