Kompensasiya hüququnun əsasları... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnun yaranması üçün hansı hüquqi əsaslar mövcuddur?
Cavab: Zərər çəkmiş şəxsin kompensasiya almaq hüququ yalnız cinayətin törədilməsinin rəsmi şəkildə təsdiq olunması ilə yaranır. Bu təsdiq iki formada mümkündür: birincisi, məhkəmənin hökmü ilə; ikincisi isə cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə. Bu qərarlardan biri olmadan şəxs kompensasiya tələb edə bilməz.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








