Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
O qeyd edib ki, hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər: "Biz əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcəkdir. Bu kontekstdə Azərbaycan və Rusiya Prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açmış və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib".








