Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

16 Aprel 2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci çağırış üzrə 2026-cı il yaz sessiyasının növbəti iclasının gündəliyi müəyyənləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  Ali Məclisin 17 aprel tarixində keçiriləcək altıncı iclasında bir sıra qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” qanun layihəsi (birinci oxunuş)

Qeyd edək ki, müzakirəyə çıxarılan layihələr Ali Məclisin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsinə yönəlib.