Su mənbələrinin çirkləndirilməsinə görə cinayət məsuliyyəti -

Su mənbələrinin çirkləndirilməsinə görə cinayət məsuliyyəti - HÜQUQ MƏSLƏHƏTİ

22 Aprel 2026

Sual: Suyu (su mənbələrini) çirkləndirmə hansı halda cinayət məsuliyyətinə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, yerüstü və ya yeraltı suların, içməli və ya istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa üsullarla dəyişdirilməsi nəticəsində heyvan və bitki aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərər vurulduqda, bu əməl suyun (su mənbələrinin) çirkləndirilməsi cinayəti hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov