Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb

22 Aprel 2026

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1 aprel 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.285 ədəd olub. Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 

2026-cı ilin yanvar – mart aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 31,7 faiz çoxdur.