Naxçıvanda  daşınmaz əmlakla bağlı 2488 elektron müraciət daxil olub

Naxçıvanda daşınmaz əmlakla bağlı 2488 elektron müraciət daxil olub

21 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ictimai xidmətlərin sadələşdirilməsi, şəffaflığın artırılması və real vaxt rejimində istifadənin təmin olunması məqsədilə elektron xidmətlərin əhatə dairəsini genişləndirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 2488 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 58 faiz artım qeydə alınıb.