Xüsusi hallarda şahidin dindirilməsi qaydası

Xüsusi hallarda şahidin dindirilməsi qaydası - HÜQUQ MƏSLƏHƏTİ

22 Aprel 2026

Sual: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahid hansı formada dindirilir?

Cavab: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə ünsiyyət qura bilən şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı mütləq şəkildə dindirmə protokolunda əks etdirilir.

Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi hallarda isə onun dindirilməsi yalnız həkimin icazəsi və iştirakı ilə həyata keçirilir.

Bundan əlavə, görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və ya nümayəndəsi də iştirak edə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov