Naxçıvanda əmək yarmarkası keçirilir -

Naxçıvanda əmək yarmarkası keçirilir - FOTO, YENİLƏNƏCƏK

01 May 2026

Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.

Nəsrəddin Tusi küçəsində yerləşən Naxçıvan Biznes Mərkəzi binasında keçirilən yarmarkada 30-dan artıq özəl və dövlət müəssisəsindən 150-dən artıq vakansiya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinlərinə təqdim edilir.