Yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət məsuliyyətinə səbəb olmur? -

Yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət məsuliyyətinə səbəb olmur? - HÜQUQ MƏSLƏHƏTİ

01 May 2026

Sual: Yol nəqliyyat hadisəsi yerindən qaçma hansı halda cinayət məsuliyyətinə səbəb olmur?

Cavab:  10 aprel 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair”  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.

Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov