Cinayətin iştirakçıları kimlərdir? -

Cinayətin iştirakçıları kimlərdir? - HÜQUQ MƏSLƏHƏTİ

29 Aprel 2026

Sual: Cinayətin iştirakçıları kimlərdir və onların hər birinin rolu necə fərqləndirilir?

Cavab: Cinayətin iştirakçıları icraçı, təşkilatçı, təhrikçi və köməkçidən ibarətdir. İcraçı cinayəti birbaşa törədən şəxsdir. Təşkilatçı cinayəti planlaşdıran və ya ona rəhbərlik edən şəxsdir. Təhrikçi başqa şəxsi cinayət törətməyə sövq edən şəxsdir. Köməkçi isə cinayətin törədilməsinə müxtəlif vasitələrlə (məsləhət, alət vermə, gizlətmə və s.) yardım edən şəxsdir. Bu rollar onların məsuliyyət dərəcəsinə təsir edir.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov