Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

29 Aprel 2026

Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:

"Bu yaxınlarda İranla sərhəddə "Ağbənd" keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq".