DSMF: I rübdə 66 mindən çox vətəndaşın müraciəti cavablandırılıb

DSMF: I rübdə 66 mindən çox vətəndaşın müraciəti cavablandırılıb

28 Aprel 2026

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 66 425 vətəndaş müraciəti cavablandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə DSMF-yə istinadən xəbər verir.

Məlumata görə, bunlardan 60 906-sı rəsmi məktub və telefon zəngi, 5 519-u isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.