Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanası yeni tibbi avadanlıqla təmin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, tibb müəssisəsinə təqdim olunan süni intellekt dəstəklı ultrasəs sistemi (EXO) müasir texnologiyalar əsasında fəaliyyət göstərərək diaqnostik imkanların genişləndirilməsinə xidmət edəcək.
Qeyd olunur ki, yeni avadanlıq müayinə keyfiyyətinin artırılmasına, xəstəliklərin daha dəqiq və operativ aşkarlanmasına, eyni zamanda pasiyentlərə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsinə imkan yaradacaq.
Bildirilib ki, bu cür müasir tibbi avadanlıqların səhiyyə müəssisələrinə təqdim edilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.









