Naxçıvan məktəblisi Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına vəsiqə qazanıb - FOTO
Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına iştirak hüququ qazanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 26-da Azərbaycan-Fransız Universitetində Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına seçim turunun əsas mərhələsi keçirilib.
İki hissədən ibarət olan seçim mərhələsi uğurla yekunlaşıb və bu turda iştirak edən Kəngərli Rayon Qıvraq Qəsəbə tam orta məktıəbinin XI sinif şagirdi Oruc Cabbarlı 27 iyun-2 iyul tarixlərində Tunisdə keçiriləcək Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında iştirak hüququ qazanıb.
Məktəblimizə uğurlar arzulayırıq!
Qeyd edək ki, Oruc Cabbarlı ötən tədris ilində Respublika Fənn Olimpiadasında informatika fənni üzrə Naxçıvanda ilk dəfə olaraq III yerin qalibi olmuşdur.












