Bahar Muradova: "Qadınların ağır sahələrdə çalışması onların hüququdur"

Bahar Muradova: "Qadınların ağır sahələrdə çalışması onların hüququdur"

29 Aprel 2026

Qadınların müxtəlif sahələrdə, o cümlədən ənənəvi olaraq çətin hesab edilən istiqamətlərdə – metro tunelləri və ağır sənaye sahələrində çalışması onların hüququdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Sahibkarlıq Günündə deyib.

Onun sözlərinə görə, ahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidır: "Sahibkarlar iş yerlərində çalışanların, xüsusilə qadınların rahat və təhlükəsiz fəaliyyətini təmin etməlidir. Əgər qadınların əmək bazarında iştirakını artırmaq istəyiriksə, müəssisələrdə uşaq baxımı xidmətləri, səhiyyə imkanları, iş və ailə öhdəliklərini uzlaşdırmağa şərait yaradan mühit formalaşdırılmalıdır".

B.Muradova əlavə edib ki, bu, seçim məsələsidir və dövlət tərəfindən bu hüquqlar təmin olunmalıdır: "Lakin paralel olaraq işəgötürənlər belə fəaliyyət üçün zəruri təhlükəsizlik və sosial şəraiti yaratmalıdır. İnklüziv və dayanıqlı əmək mühitinin formalaşdırılması üçün sahibkarların sosial məsuliyyətə yanaşması daha da gücləndirilməlidir".