Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb

01 May 2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aprel ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 344 piyada əleyhinə mina, 116 tank əleyhinə mina, 3410 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7788,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.