“ENNA” MMC nümunəvi iş mühitinə görə təltif edilib -

“ENNA” MMC nümunəvi iş mühitinə görə təltif edilib - FOTO

01 May 2026

Naxçıvanda fəaliyyət göstərən “Cahan Şirkətlər Qrupu” MMC-yə məxsus  əməyin mühafizəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təltif olunub.

“NAXÇIVANXƏBƏRLƏRİ”nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müəssisədə işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına görə “ENNA” MMC-yə müvafiq sertifikat təqdim edilib. Sertifikat şirkətin icraçı direktor müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Sərxan Abbasova təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi ilə “ENNA” MMC arasında əməkdaşlıq çərçivəsində müəssisədə nümunəvi iş mühitinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu çərçivədə əməyin mühafizəsi norma və qaydalarının tətbiqi, dövlət standartlarına uyğunluğun təmin edilməsi, işçilərin mütəmadi təlimatlandırılması, həmçinin istehsalat risklərinin effektiv idarə olunması yüksək səviyyədə təşkil edilib.

Məlumat üçün bildirək ki, “Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusu Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “ENNA” MMC-yə verilib. Ümumrespublika üzrə isə müəssisə bu ada layiq görülən üç şirkətdən biridir.