Milli Yaşıl Taksonomiya təsdiq edilib

Milli Yaşıl Taksonomiya təsdiq edilib

01 May 2026

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası"nı təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, aidiyyəti dövlət orqanları (qurumları) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər Qərarın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası"nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.