Məcid Seyidov Naxçıvanda uğurlu nəticələri ilə fərqlənən idman klubları ziyarət edib -

Məcid Seyidov Naxçıvanda uğurlu nəticələri ilə fərqlənən idman klubları ziyarət edib - FOTO

01 May 2026

Naxçıvan Muxtar Respublikasında dövlət idman siyasətinin icrası istiqamətində davamlı işlər həyata keçirilir, regionun idman mühiti zənginləşdirilir. Yaradılmış şəraitdən bəhrələn idmançılar ölkə və beynəlxalq arenalarda yüksək nəticələr göstərirlər.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov “Turan” Döyüş Klubunu və “Naxçıvan” Karate Klubunu ziyarət edərək idmançılarla görüşüb, onların məşq prosesini izləyib və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, örüş zamanı idmançıların hazırlıq səviyyəsi, məşq şəraiti və gələcək yarışlara hazırlıq prosesi ilə maraqlanılıb, məşqçi heyəti ilə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,  Naxçıvan karateçiləri Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu üzrə dünya səviyyəli turnirdə 2-si qızıl, 6-sı gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar. Medalçılardan ikisi –  Hüseyn Qafarlı (qızıl) Fatimə Bağırzadə (gümüş) "Naxçıvan" karate klubunun idmançılarıdırlar.

"Turan” Döyüş Klubu isə Bakıda keçirilən “Legion Fighting Championship - LFC” turnirində Naxçıvanı 30 idmançı ilə təmsil edib. Klub 38 qızıl, 22 gümüş medal  göstəricisi ilə komanda hesabında birinci yerə layiq görülüb.