Naxçıvan karateçiləri İstanbulda keçilən dünya səviyyəli turnirdə ölkəmizi uğurla təmsil ediblər - FOTO
24-26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Şotokan karate üslubu (WSF) üzrə dünya səviyyəli turnir keçirilib. Ümumilikdə 117 karateçi ilə təmsil olunan Azərbaycan komandası 55 qızıl, 32 gümüş və 40 bürünc medal qazanaraq ümumi komanda nəticələrinə əsasən turniri 1-ci yerdə başa vurmuş və böyük uğura imza atıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ölkəmizi yarışda təmsil edənlər arasında Naxçıvan idmançıları da olub. Onlar 2-si qızıl, 6-sı gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.
10-11 yaşlılar arasında mübarizə aparan idmançılarımız Xədicə Bayramova (40 kq) və Hüseyn Qafarlı (45 kq) dünya çempionatında birinci yerə sahib çıxaraq çempion olublar. Qafar Hüseynov, Fatimə Bağırzadə, Yusif Həsənli, Nizami Orucov müxtəlif əyarlı medallar qazanıblar.
Nəticələr aşağıdakı kimidir:
Xədicə Bayramova (10–11 yaş, 40 kq) — shobu nihon - I yer, shobu ippon II yer
Qafarlı Hüseyn (10–11 yaş, 45 kq) — shobu nihon - I yer
Qafar Hüseynov (böyüklər, 75 kq) — shobu nihon və shobu ippon - II yer
Nizami Orucov (kadetlər, 57 kq) – shobu ippon - II yer
Fatimə Bağırzadə (10-11 yaş, 44 kq) — idman kumitesi - II yer
Yusif Həsənli (6-7 yaş, 25 kq) shobu nihon - II yer, shobu ippon - III yer












