Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib - FOTO
Aprelin 25-də Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 17 yaşadək (U-17) cüdoçular arasında region birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 34 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarlarla təltif edib.
Qeyd edək ki, aprelin 26-sı 14 yaşadək cüdoçular arasında da region birinciliyi keçiriləcək. Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq















