Naxçıvanda cəzaçəkmə müəssisəsində məhkumlar üçün ustad dərslərinə start verilib -

Naxçıvanda cəzaçəkmə müəssisəsində məhkumlar üçün ustad dərslərinə start verilib - FOTO

25 Aprel 2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının artırılması məqsədilə ustad dərslərinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dərslər Naxçıvan MR Ədliyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə çərçivəsində məhkumlara xüsusilə təsviri incəsənət və yaradıcılıq sahələrində peşəkar mütəxəssislər tərəfindən həm nəzəri, həm də praktiki biliklər təqdim olunur.

Təşəbbüsün əsas məqsədi məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək və gələcəkdə əmək bazarında faydalı peşə sahibi kimi formalaşmalarına şərait yaratmaqdır.

Bununla yanaşı, layihə məhkumların sosial adaptasiyasının gücləndirilməsinə və təkrar cinayət törətmə riskinin azaldılmasına xidmət edir.

Qeyd edək ki, bu kimi tədbirlər penitensiar sistemdə islahyönümlü fəaliyyətin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.