Naxçıvanda cüdoçular üçün kəmər imtahanı təşkil olunub - FOTO
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində İmtahanda 86 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.











