Hikmət Hacıyev Tomaş Simonyakla görüşüb

Hikmət Hacıyev Tomaş Simonyakla görüşüb

07 May 2026

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətlər - xüsusən də təhlükəsizlik sahəsini müzakirə edib.

Tərəflər İrandakı vəziyyət, Rusiyanın Ukrayna ilə müharibəsi, Azərbaycanın Ermənistanla münasibətlərinə dair fikir mübadiləsi aparıblar.