Naxçıvanda “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçiriləcək
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalın əsas məqsədi innovativ və rəqəmsal həllər vasitəsilə şəhər və kəndlərin inkişafına töhfə verəcək ideyaların dəstəklənməsi, gənclərin və startap ekosisteminin inkişafının təşviq edilməsidir.
Tədbir çərçivəsində müxtəlif rəqəmsal mövzularda panel müzakirələri, yerli və xarici şirkətlərin iştirakı ilə təqdimatlar, innovativ layihələrin nümayişi, həmçinin şəbəkələşmə və təcrübə mübadiləsi imkanları təşkil olunacaq.
Festival çərçivəsində keçiriləcək startap müsabiqəsinin yekununda 4 kateqoriya üzrə hər birində 3 qalib müəyyən edilərək mükafatlandırılacaq.
Tədbir 22 may tarixində saat 10:00-da Böyük bağda baş tutacaq.
Festivalda iştirak etmək istəyən şəxslər 17 may tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdgNObk9w-dkNYR3HXctNWzG1m6jRfdCTDpAt9g_gROk-IZqQ/viewform









