“EFES - 2026” çoxmillətli təlimi davam edir -

“EFES - 2026” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO

07 May 2026

Türkiyədə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.

Bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.