DGK sədri Naxçıvan Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olub - FOTO
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirilmə Mərkəzində, “Sədərək”, “Culfa” və “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə tanış olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədrinə xidmətin təşkili, gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələrin və yeniliklərin tətbiqi, infrastrukturda aparılan yenidənqurma işləri barədə məlumat verilib, gömrük işinin səmərəliliyinin daha da artırılması ilə bağlı müzakirələr aparılıb.
Həmçinin gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, yük axınlarının səmərəli idarə olunması ilə bağlı tapşırıq və tövsiyələr verilib.













