Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib

07 May 2026

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.