Fərid Bağırzadə Şərur rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə mayın 6-da Şərur rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 27-30 aprel tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.








