İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var

İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var

27 Aprel 2026

Bu, (Çexiyanın Baş nazirinin səfəri – re.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib.

"Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır", - deyə dövlətimizin başçısı əlavə edib.