Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib

Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib

26 Aprel 2026

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.