Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 11:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.








