Naxçıvanda lX siniflər üçün buraxılış imtahanı keçirilib -

Naxçıvanda lX siniflər üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB

26 Aprel 2026

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən muxtar respublikanın bütün ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının bütün bölgələrini əhatə etməklə 17 binada keçirilən imtahanlarda, ümumilikdə, 4568 şagird iştirak edib. İmtahanların idarə olunmasına 60 rəhbər və 465 nəzarətçi ayrılıb.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.