Azərbaycanda beşdən çox uşağı olan 3 minə yaxın qadın var
Azərbaycanda beşdən çox uşağı olan qadınlara müavinət alan şəxslərin sayı 2939 nəfərdir.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edək ki, qanunvericiliyə görə, müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara - uşaqların sağ olması şərti ilə - bu hüququn yaranmasına səbəb olmuş uşaq 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.








