Naxçıvanda moped piyadanı vurub
Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Moped yolu keçən 2009-cu il təvəllüdlü Həsənov Seymur Teymur oğlunu vurub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.









