Naxçıvanda iki yük avtomobili toqquşub -

Naxçıvanda iki yük avtomobili toqquşub - FOTO

20 Aprel 2026

Naxçıvanda iki yük avtomobili toqquşub, yüklər yola dağılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunda qeydə alınıb. 67-CA-327 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 10-FZ-653 dövlət nömrə nişanlı "Qazel" markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri yoldan çıxıb, digərində olan yüklər isə yola dağılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.