Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək

Paşinyan: Ermənistan və Azərbaycan tezliklə sərhədin delimitasiyasını davam etdirəcək

27 Aprel 2026

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yaxın vaxtlarda davam edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu günədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır.

O əlavə edib ki, delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və "münasib müddətdə başa çatacaq".