Naxçıvan karateçiləri İstanbulda keçilən dünya çempionatında ölkəmizi uğurla təmsil ediblər -

Naxçıvan karateçiləri İstanbulda keçilən dünya çempionatında ölkəmizi uğurla təmsil ediblər - FOTO

27 Aprel 2026

24–26 aprel tarixlərində İstanbul şəhərində Dünya Şotokan Federasiyasının 16-cı Dünya Çempionatı keçirilib. Azərbaycan ümumi medal sıralamasında 139 medal sayı ilə (54 qızıl, 38 gümüş, 47 bürünc) komanda sıralamasında ikinci olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ölkəmizi yarışda təmsil edənlər arasında Naxçıvan idmançıları da olub. Onlar 2-si qızıl, 6-sı gümüş və 1-i bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.

10-11 yaşlılar arasında mübarizə aparan idmançılarımız Xədicə Bayramova (40 kq) və Hüseyn Qafarlı (45 kq) dünya çempionatında birinci yerə sahib çıxaraq çempion olublar. Qafar Hüseynov, Fatimə Bağırzadə, Yusif Həsənli, Nizami Orucov müxtəlif əyarlı medallar qazanıblar.

Nəticələr aşağıdakı kimidir:

Xədicə Bayramova (10–11 yaş, 40 kq) —  shobu nihon - I yer, shobu ippon II yer

Qafarlı Hüseyn (10–11 yaş, 45 kq) — shobu nihon - I yer

Qafar Hüseynov (böyüklər, 75 kq) — shobu nihon və shobu ippon - II yer

Nizami Orucov (kadetlər, 57 kq) –  shobu ippon - II yer

Fatimə Bağırzadə (10-11 yaş, 44 kq) — idman kumitesi - II yer

Yusif Həsənli (6-7 yaş, 25 kq) shobu nihon - II yer, shobu ippon - III yer