Mallarla bağlı hesabatlar hansı qaydada təqdim olunur? -

Mallarla bağlı hesabatlar hansı qaydada təqdim olunur? - HÜQUQ MƏSLƏHƏTİ

07 May 2026

Sual: Mallarla bağlı hesabatlar hansı qaydada təqdim olunur?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 67-ci maddəsinə əsasən mallarla bağlı hesabatlar aşağıdakı qaydada təqdim olunur:

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində Gömrük Məcəlləsində nəzərdə tutulmuş lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını tələb etmək hüququna malikdirlər:

gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı;

malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı qanunvericiliyə uyğun olaraq tələb olunan sənədi.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə