Təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydaları pozularsa buna görə inzibati cərimə nəzərdə tutulmuşdurmu?
Cavab: Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








