İlham Əliyev: Bu gün Azərbaycan və Ermənistan arasında sülh - reallıqdır

İlham Əliyev: Bu gün Azərbaycan və Ermənistan arasında sülh - reallıqdır

04 May 2026

Bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitində bildirib.

"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı yenicə öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə biz – Ermənistan və Azərbaycan liderləri – birgə bəyannamə imzaladıq. ABŞ Prezidenti Donald Tramp da, artıq qeyd olunduğu kimi, onu şahid qismində imzaladı", - İlham Əliyev qeyd edib.

O, həmçinin xatırladıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar, bu isə münasibətlərin yekun normallaşması yolunda mühüm mərhələ olub: "Bizim və əminəm ki, erməni tərəfdaşlarımız üçün sülh artıq əldə olunub".