Bəxtiyar Nəcəfov: İrəvan qazılığının bərpası tarixi ədalətin təminidir

Bəxtiyar Nəcəfov: İrəvan qazılığının bərpası tarixi ədalətin təminidir

04 May 2026

"Vaxtilə İrəvan–Naxçıvan qazılığı kimi fəaliyyət göstərmiş qurumun varisi olaraq, bu institutun bərpası Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlarına qayıdışına da mənəvi dəstək verəcək".

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov bildirib.

O bildirib ki, Azərbaycanın suveren ərazilərində 30 illik işğal dövründə onlarla dini abidə məhv edilib və ya təhrif olunub. Hazırda isə ölkəmiz bu abidələri öz imkanları hesabına bərpa edərək əvvəlki vəziyyətinə qaytarır. Onun sözlərinə görə, ərazi bütövlüyü və suverenliyin bərpasından sonra dini-mənəvi müstəvidə ədalətin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Bəxtiyar Nəcəfov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının iclasında tarixi İrəvan qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərarın qəbul edilməsi bu istiqamətdə atılmış mühüm addımdır. Onun sözlərinə görə, bu addım tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir.

“İrəvan qazısı kimi bu şərəfli vəzifəni daşımaq mənə nəsib olub və bununla fəxr edirəm”, – deyə o vurğulayıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov