Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər tətbiq edilə bilərmi? -

Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər tətbiq edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

05 May 2026

Sual: Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər tətbiq edilə bilərmi?

Cavab: 

1. 18 yaşına çatmamış işçilərin Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.

2. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov